Filippində "Manqhut" qasırğası nəticəsində həlak olanların sayı 25-ə çatıb


Digərləri 16 Sen 2018 12:21:17 229 0

Filippində "Manqhut" qasırğası nəticəsində həlak olanların sayı 25-ə çatıb

Filippində "Manqhut" qasırğası nəticəsində ən azı 25 nəfər həlak olub.

Bakı. Tural Turan - Filippində "Manqhut" qasırğası nəticəsində ən azı 25 nəfər həlak olub. Trend-in məlumatına görə, bu barədə ölkə prezidentinin səlahiyyətli nümayəndəsi Frensis Tolentino məlumat yayıb. Daha əvvəl qasırğanın 12 nəfərin həyatına son qoyduğu bildirilirdi. Qeyd edilir ki, təbii hadisə zamanı daha 13 nəfər itkin düşüb.