Kofein içmək asılılıq yaradırmı?


Digərləri 15 Sen 2018 20:21:00 297 0

Kofein içmək asılılıq yaradırmı?

Qəhvə, çay və bir sıra enerji içkilərinin tərkibində kofein var. Şokoladın tərkibində də bu maddəyə rast gəlmək olar.

Əslində kofein bütün dünyada ən çox istifadə olunan maddələrdəndir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər kofeinin beyinə göstərdiyi təsirləri araşdırıblar. Tədqiqatlar göstərib ki, kofein digər, faciəvi nəticələrə səbəb olan maddələr kimi asılılıq yaratmır. Əksər insanlar daha çox enerji ala bilmək üçün hər səhər bir fincan qəhvə içir.

Kofein bu enerjini necə tənzimləyir?

Alimlər bu prosesin beyində baş verdiyini deyirlər. Nevroloqların sözlərinə görə, kofe yaxşı yatmaq mümkün olmayanda, pik saatlara qədər işlədikdə və ya əhvalın pis olduğu vaxtlarda bizə kömək edir.