Vələmum və ya arı mumumun inanılmaz möcüzəsi


Digərləri 15 Sen 2018 20:25:00 733 0

Vələmum və ya arı mumumun inanılmaz möcüzəsi

Arı mumu - propolis orqanizmin özünümüdafiə, özünü sağaltma funksiyalarını işə salır, maddələr mübadiləsini yaxşılaşdırır, toxumaların bərpasını, yaraların sağalmasını tezləşdirir, qandan xolesterini qovur.

Son.az medicina.az-a istinadən bildirir ki, onun ən unikal xüsusiyyəti isə xərçəng hüceyrələrinə qarşı mübarizəsidir. Vələmum şiş hüceyrələrini azaldır, məhv edir. Müntəzəm olaraq müvafiq qaydalarla vələmum qəbul etsəz siz orqanizminizi virus və bakteriyalardan qorumuş olacaqsız.

Vələmum hansı formada olur:

Arı məhsulları satanlarda elə təbii formasında - yumru kürə formasında, ya da qırıntı formasında. Dadı acı, yandırıcıdır. Vələmuma başqa nəsə qatılmamalıdır. Əgər çirklidirsə, onu 4-5 dəfə qaynatmaqla təmizləyirlər. Həmçinin apteklərdə vələmum cövhəri və spirtdə cövhəri satlır.

Eləcə də tablet formasında preparatlar olur.

Süddə vələmum:

Ən geniş yayılmış istifadə üsuludur.  20 damcı vələmum 1 stəkan isti südə qatılır və yatmazdan əvvəl içilir. Bu qarışım əsəbləri də sakitləşdirir. 10 gün içdikdən sonra fasilə verin.

Psoriazın müalicəsi üçün:

Hər gün 0,5 qr təmiz bərk vələmumu yeməkdən sonra 2 dəfə daxilə qəbul edirlər. Həmçinin dəriyə propolisli məhlulu tampon kimi qoyurlar.

Xroniki anginanın müalicəsi

Faringit, laringit, rinit, tonzillit 30% li vələmum cövhəri ilə müalicə olunur. Cövhəri 1:1 ə nisbətdə su ilə qatıb, boğazı, burunu  bu su ilə qarqara edib yuyurlar.

Ağız boşluğu yaralarında