Ticarətin Asanlaşdırılması Mərkəzində işlərin bir ay ərzində yekunlaşdırılması nəzərdə tutulub


Digərləri 15 Sen 2018 15:28:24 210 0

Ticarətin Asanlaşdırılması Mərkəzində işlərin bir ay ərzində yekunlaşdırılması nəzərdə tutulub

"Qırmızı körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində Azərbaycan tərəfdə inşa olunmuş Ticarətin Asanlaşdırılması Mərkəzinin inzibati binasına baxış keçirilib.

Bakı. "Qırmızı körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində Azərbaycan tərəfdə inşa olunmuş Ticarətin Asanlaşdırılması Mərkəzinin inzibati binasına baxış keçirilib. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, tədbirdə Gürcüstanın Maliyyə Nazirliyinin nümayəndələri, Azərbaycan DGK-nin sədr müavinləri - Cavad Qasımov və İqbal Babayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, BMT İnkişaf Proqramı və Avropa İttifaqının təmsilçiləri və digər şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən C.Qasımov Ticarətin Asanlaşdırılması Mərkəzinin ümumi sahəsinin 12 hektar təşkil etdiyini deyib: "Mərkəzin inzbati binasının ümumi sahəsi 1590 kv. metr təşkil edir. Binanın birinci mərtəbəsində müvafiq dövlət qurumları vahid pəncərə prinsipi əsasında xidmət göstərəcək. İkinci mərtəbədə isə inzibati otaqlar və yeməkxana yerləşəcək. Mərkəzin ərazisində həmçinin yük avtomobillərinin yoxlanması üçün X-ray qurğusu yerləşdirilib, nəqliyyat vasitələrinin yüklənməsi və boşaldılması üçün xüsusi yer və yataqxana da var".