Castin Biber gizlicə evləndi


Digərləri 15 Sen 2018 12:59:00 387 0

Castin Biber gizlicə evləndi

Dünyanın ən populyar muüğənnilərinən biri, kanadalı Castin Biber amerikalı sevgilisi, model Heyli Bolduinlə evlənib.

Son.az TMZ-yə istinadən bildirir ki, 24 yaşlı müğənni ilə məşhur amerikalı aktyor Stiven Bolduinin qızı, 21 yaşlı Heyli cümə axşamı Nyu-York Şəhər Məhkəməsinə yollanıb, nikah müqaviləsini təsdiqlətdirərək imzalayıblar.

Castin Biberin 265 milyon dollarlıq, Heyli Bolduinin isə 3 milyon dollarlıq varidatları var.

Heyli Twitter-dəki mikrobloqunda Castin Biberlə nikahda olmadığını yazıb: "Evlənməmişik. Məhkəməyə də bir işlə bağlı getmişdik".

Castin Biberə yaxın mənbələr isə bildirirlər ki, gənclər toya hazırlaşırlar.

Toy gələn həftə Biberin Kanadadakı lüks malikanəsində olacaq.


Xəbərə aid fotolar