Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub


Digərləri 15 Sen 2018 11:13:25 312 0

Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub.

Bakı. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinə sədr təyin olunub. Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, Sadiq Ərzuman oğlu Məmmədov Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin olunub. Bununla bağlı Agentliyin sədri Qoşqar Təhməzli əmr imzalayıb. S.Məmmədov 1970-ci ildə Salyan rayonunda anadan olub. Ali təhsilini 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində həkim-kardioloq ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1997-ci ildə Salyan rayon Mərkəzi xəstəxanasının rayonlararası kardioloji dispanserində həkim-kardioloq kimi başlayıb. 2003-2009-cu illərdə “Asfarma“ MMC-də müxtəlif vəzifələrdə çalışıb.