Bakıda “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçiriləcək


Digərləri 15 Sen 2018 10:24:00 278 0

Bakıda “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçiriləcək

Sentyabrın 16-18-də Bakıda Türkiyənin ən böyük moda şousu olan “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçirəcək.

Bakı. Sentyabrın 16-18-də Bakıda Türkiyənin ən böyük moda şousu olan “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçirəcək. Sərgidə Türkiyənin ən məşhur tekstil şirkətləri öz məhsullarını nümayiş etdirəcəklər. Tədbir çərçivəsində Rusiya estradasının məşhur ulduzlarının konsertləri və “party”lər təşkil olunacaq. “Flame Towers” hotelinin “Balo” zalında keçiriləcək “Dosso Dossi Fashion Show” sərgisində Türkiyənin 40 tekstil şirkətinin nümayiş etdirəcəkləri məhsullar Azərbaycan alıcılarının tələbatına tam cavab verir. Sərgi Türkiyənin məşhur tekstil markaları ilə 30 ölkədən gələn hazır geyim topdan satış nümayəndələrini bir araya gətirərəcək. Sentyabrın 16-da qapılarını ziyarətçilərin üzünə açacaq “Dosso Dossi Fashion Show” sərgisində Azərbaycan və qonşu ölkələrdən olan qonaqlar da daxil olmaqla təxminən 4 min nəfərin iştirakı gözlənilir. Türk tekstil brendlərinin rəngarəng məhsulları stendlərdə nümayiş olunacaq və ziyarətçilərə payız-qış mövsümünə uyğun “Arno”, “Nexx”, “Samsara”, “Gizzly Plus”, “Fimore”, “Phardi”, “Rich Line” və s. brendlərin məhsulları təklif olunacaq. Xüsusi hazırlanmış toxuculuq məhsullarını təqdim edəcək stendlər isə Türkiyə və Azərbaycan toxuculuq sənətinin nümayəndələri üçün əhəmiyyətli bir görüş nöqtəsi olacaq.