"Mercedes" "KamAZ"a çırpıldı,


Digərləri 15 Sen 2018 09:19:00 234 0

"Mercedes" "KamAZ"a çırpıldı,

Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, rayonun Noxudlu kəndi ərazisində "Mercedes" markalı minik avtomobili qarşıdan gedən "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilində olan sərnişinlər - 1964-cü il təvəllüdlü Oğuz rayon sakini Əliyeva Gülnarə İbrahim qızı və onun Bakıda yaşayan 1988-ci il təvəllüdlü qızı Əbilova Aynur Mürşüd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ana və qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlar ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.