Bakıda Çelentano festivalı başa çatıb FOTO


Digərləri 15 Sen 2018 08:28:00 230 0

Bakıda Çelentano festivalı başa çatıb  FOTO

"The Landmark" Otel və Biznes mərkəzinin "Rotunda Rooftop" bağçasında İtaliyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Adriano Çelentanonun 80 illiyinə həsr olunmuş festival sona çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, "United Cultures"in ictiami əlaqələr üzrə məsul işçisi Orxan Nəbiyev çıxış edərək festivala təşrif buyuran yerli və xarici qonaqları salamlayaraq Adriano Çelentanonun Azərbaycan tamaşaçılarında onilliklər boyunda buraxdığı iz haqqında, onun şəxsiyyəti və yaradıcığı haqqında məlumat verib. Daha sonra, o, İtaliyanın Azərbaycandakı səfirliyi başda olmaqla sözügedən festivalın ərsəyə gəlməsində xidməti olmuş bütün təşkilatçılara, o cümlədən "The Landmark" otel və biznes mərkəzinə təşəkkürünü bildirib.

Daha sonra tamaşaçılar festivalın proqramındakı sonuncu və Adriano Çelentanonun ən çox sevilən "Dəlicəsinə Aşiq" filmini izləyiblər.


Xəbərə aid fotolar