Aşağı təzyiqə qarşı nə etmək olar?


Digərləri 15 Sen 2018 08:15:00 218 0

Aşağı təzyiqə qarşı nə etmək olar?

Duzlu su: Duzdan əldə edilən natrium qan təzyiqini artırır, beləcə aşağı təzyiq səviyyəsinin tarazlanmasını təmin edir. Yalnız həddindən artıq miqdarda duz istifadəsindən mütləq çəkinməlisiz, təzyiqi aşağı salmaq istəyərkən digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Qəhvə və şokolad aşağı təzyiqin müvəqqəti olaraq yüksəlməsinə köməkçi olur. Təzyiqi tez-tez düşən insanlar səhərlər gündə bir stəkan qəhvə ilə başlaya bilərlər.

Üzüm təbii olaraq hipertəzyiq müalicəsi üçün mükəmməl ənənəvi müalicə metodu olaraq qəbul edilir. Günə ortalama 30-40 üzüm, quru üzüm yemək aşağı təzyiqə qarşı yaxşı təsir göstərir. Bunun yanına 3-4 badam və ya 10-15 quş üzümü əlavə edə bilərsiniz.

Reyhan C vitamini, maqnezium, kalium, və pantothenic turşu baxımından zəngin olduğu üçün aşağı təzyiqə qarşı faydalıdır. Bunun yanında zehni fəaliyyətləri artırır və zehini açır.