Zaratda yanğın baş verib


Digərləri 15 Sen 2018 08:08:00 225 0

Zaratda yanğın baş verib

Bələdiyyəyə məxsus ərazidə 100 ha sahədə kol-kos yanıb. Yanğının söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb olunub.

Yaxınlıqdakı meşə zolağı və tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.​