Şamaxıda yeniyetməni avtomobil vuraraq öldürüb


Digərləri 15 Sen 2018 07:45:00 257 0

Şamaxıda yeniyetməni avtomobil vuraraq öldürüb

Şamaxı rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, Şamaxı-Padarçöl yolu ilə hərəkətdə olan avtomobil Şamaxının 2003-cu il təvəllüdlü Quşçu kənd sakini İsmayılov Müraciət Rza oğlunu vurub.

Qəza nəticəsində ağır xəsarət alan yeniyetmə DYP əməkdaşları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, M.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.