Topaz Premyer Liqası: dördüncü turun ilk oyunu başa çatıb (VİDEO)


Digərləri 15 Sen 2018 00:37:03 245 0

Topaz Premyer Liqası: dördüncü turun ilk oyunu başa çatıb (VİDEO)

Sentyabrın 14-də Topaz Premyer Liqasının dördüncü turuna start verilib

Bakı. Tural Turan - Sentyabrın 14-də Topaz Premyer Liqasının dördüncü turuna start verilib. Trend-in məlumatına görə, “Azersun Arena”da keçirilən turun açılış oyununda “Qarabağ” klubu “Sumqayıt” komandasını qəbul edib. Oyunda hesab 21-ci dəqiqədə açılıb. Belə ki, Araz Abdullayevin topu qapıya vurduğu anda top "Sumqayıt" klubunun müdafiəçisinin əlinə dəyib. Oyunun baş hakimi İnqilab Məmmədov yan hakimlə məsləhətləşəndən sonra penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Filip Ozobiç fürsəti əldən verməyib. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.