Kişilərdə cinsi gücü azaldan 6 amil


Digərləri 14 Sen 2018 23:52:00 566 0

Kişilərdə cinsi gücü azaldan 6 amil

Mütəxəssislər qeyd edir ki, müasir kişilər arasında potensiya problemləri xeyli artıb və cavanlaşıb.

Əvvəllər kişi gücünun zəiflənməsi adətən 60 yaşdan sonra qeyd olunurdusa, hal hazırda hətta 30-40 yaşlı kişilərdə bu problemə tez-tez rast gəlinir.

Bunun səbəbi nədir? Rusiyalı tanınmış həkim-androloq Ekaterina Makarova Komsomolskaya Pravdaya müsahibəsində bu haqda geniş məlumat verib.

Son.az saglamolun.az-a istinadən bildirir ki, həkimin fikrinə görə, kişilər arasında potensiyanın azalması bir neçə amillə bağlıdır.

1. İlk amil qidalanmadır. Yağlı və xüsusilə şirin qidalardan sui-istifadə orqanizmdə "pis" xolesterinin yığılmasına səbəb olur. Xolesterin isə sabit ereksiyaya cavabdeh olan kişi hormonu testosteronun rəqibidir.

2. Digər amil artıq çəkidir. Kişilərdə piyin qarın nahiyəsində yığılması testosteronun səviyyəsinə mənfi təsir edir.