Avtomobil almaq istəyənlər diqqətli olun! VİDEO


Digərləri 14 Sen 2018 23:54:00 393 0

Avtomobil almaq istəyənlər  diqqətli olun!  VİDEO

1 milyon kilometrə yaxın yürüşlə satışa çıxarılan avtomobil 10 gün sonra iki dəfə az 400 min kilometr yürüşlə təkrar elan saytına yerləşdirilir. Başqa bir avtomobil də eyni qaydada ilkin olaraq yarım milyona yaxın kilometr yürüşlə satışa qoyulduğu halda iki həftədən də az müddətdən sonra yürüş məsafəsi dəyişdirilərək 320 min kilometr edilir.

Avtomobillərin yürüş məsafəsi azaldılıqdan sonra isə qiymətləri təxminən min manat da qaldırılır. Əvvəlki elanı görməyən alıcı isə bundan xəbərsiz olduğundan saxta yürüş məsafəsi ilə həmin avtomobili alır. Elan saytlarında son zamanlar bu tipli elanlara tez tez rast gəlmək mümkündür.Əksər alıcı seçdiyi avtomobili əvvəlki tarixlərdə axtarsa dəyişdirilən yürüş məsafəsinin şahidi ola bilər.

Satıcılar isə eyni avtomobilin fərqli yürüş məsafəsi ilə satışa çıxarılmasını müxtəlif bəhanələrlə izah edir.

Son.az bildirir ki, bənzər hadisə paytaxt skaini Sərxan Qədirovun da başına gəlib. 210 min kilometr yürüşlə satdığı avtomobilini bir gün sonra 3 dəfə də az 70 min yürüşlə təkrar satışda görüb.