"Facebook" "Rosetta"nı istifadəyə verib


Digərləri 14 Sen 2018 23:40:00 268 0

"Facebook" "Rosetta"nı istifadəyə verib

ABŞ-ın "Facebook" şirkəti tərəfindən "Instagram" ilə birgə işlənib hazırlanmış "Rosetta" neyron şəbəkəsi üzərində mətn olan şəkilləri tanımaq qabiliyyətinə malikdir. Bu haqda şirkətin saytında məlumat verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, süni intellekt real vaxt rejimində "Facebook" və "Instagram"ın milyarddan çox əlçatan şəkli, həmçinin videoçarxlardan mətni əldə edə və onu mətnin tanınması modelinə daxil edə bilir.

"Facebook"un nümayəndələri dəqiqləşdiriblər ki, "Rosetta" neyron şəbəkəsi şəkillərin keyfiyyətli axtarışı və avtomatik spam axtarışı üçün tətbiq edilə bilər. Bu neyron şəbəkə, həmçinin şəkillərdəki aqressiv və təhqiredici məzmunu axtarıb tapa bilir.