Təzyiqi aşağı salmağın sadə üsulu açıqlandı


Digərləri 14 Sen 2018 22:55:00 321 0

Təzyiqi aşağı salmağın sadə üsulu açıqlandı

ABŞ-ın Çapel-Hilldəki Şimali Karolina Universitetinin alimləri müəyyən ediblər ki, 16 həftə müddətində həyat tərzinin dəyişdirilməsi yüksək qan təzyiqi ilə mübarizə üçün qəbul olunan preparatlara ehtiyacı azaldır. Bu, infakt və insult riskinin azaldılmasına, ömrü uzatmağa yardım edə bilər. 

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "EurekAlert!"in yayımladığı press-relizdə deyilir.

Araşdırmalarda yaşları 40-80 olan, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən 129 kişi və qadın iştirak edib. Bütün könüllülərdə qan təzyiqi 130-160/80-90 millimetr civə sütunu təşkil edib. Ancaq testlər zamanı xəstələr dərman preparatları qəbul etməyiblər. Bununla yanaşı, iştirakçıların 50 faizinə antihipertensiv vasitələrin tətbiqi göstərişi verilib.