Aclığın ömrün uzadılmasına faydası sübut edildi


Digərləri 14 Sen 2018 22:50:00 250 0

Aclığın ömrün uzadılmasına faydası sübut edildi

ABŞ-ın Corciya ştatının universitetinin alimləri müəyyən ediblər ki, aclıq vaxtı insan orqanizminin xaric etdiyi kimyəvi birləşmələr və kalorinin məhdudlaşdırılması ürək-damar sistemi orqanlarının işini uzadır.

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı "EurekAlert!"in yaydığı press-relizdə deyilir.

Alimlər beta-hidroksibutirik turşusunun qocalma prosesinə təsirini araşdırıblar. Hidroksibutirik turşular insan bədənində aclıq, zəif dieta və intensiv fiziki hərəkətlərdən sonra yaranır. Məlum olub ki, məhz bu birləşmələr orqanizmə daxil olan kalorinin məhdudlaşdırılması ilə qocalma arasında əlaqə yaradır. Alimlər göstəriblər ki, beta-hidroksibutirik turşusu qan və lenfatik damarların daxili səthində yerləşən endotelial hüceyrələrin cavanlaşmasına təmin edir.