Depressiyadan çıxmağın asan yolları


Digərləri 14 Sen 2018 22:02:00 471 0

Depressiyadan çıxmağın asan yolları

Gündəlik həyatda mütəmadi olaraq yaşadığımız hisslərdən biri də əsəb və stressdir. Davamlı stress depressiyaya gətirib çıxarır. Bəs, depressiyadan çıxmağın hansı yolları var?

Son.az axşam.az-a istinadən bu mövzuda sizə kömək edir:

1. Şokolad yeyin. Şokoladın tərkibi insan orqanizmində serotonin maddəsini artırır, bu maddə xoşbəxtlik hormonlarından biridir.

2. Açıq havada gəzin. Havanın insan beyninə olan təsiri də insanı depressiyadan çıxara bilir. Beyinə oksigen çox getdikdə insanın stressi azalır.

3. Dostlarınızla görüşün. Depressiyada olan insan üçün ən əhəmiyyətli şey yeni ətraf mühit və ya hər zamankı dostlarıdır. Evdə tək qalmaq ancaq depressiyanı artıra bilər. Depressiyada olanda tək qalmayın.

4. Hobbinizi ön plana çəkin. İnsan çox zaman beyni bir şeylə məşğul olduğu zaman başqa şeylər haqqında düşünmür. Odur ki, başınızı qatın. Hobbiniz nədirsə, ona daha çox vaxt ayırın, sizi sevindirən işlərlə məşğul olun. Neqativ fikirləri düşünməyə zamanınız olmasın.