Gürcüstan azərbaycanlıları arasında təbii artım iki dəfə yüksəlib


Digərləri 14 Sen 2018 21:38:00 245 0

Gürcüstan azərbaycanlıları arasında təbii artım iki dəfə yüksəlib

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli bölgəsində bu ilin ilk yarısında təbii artım 674 nəfər təşkil edib.

Son.az "report"-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Hesabata əsasən, yanvar-iyun aylarında bölgədə yeni doğulanların sayı 2 min 896, ölənlərin sayı isə 2 min 222 nəfər təşkil edib.