Azərbaycan məhsulları Moskvada beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq


Digərləri 14 Sen 2018 20:06:00 312 0

Azərbaycan məhsulları Moskvada beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq

Azərbaycan məhsulları “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunacaq

Bakı. Sentyabrın 17-də Rusiyanın Moskva şəhərində “Worldfood Moscow 2018” Sərgisi açılacaq. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə nazirliyin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsulların istehsalı və ixracı ilə məşğul olan 35 Azərbaycan şirkəti təmsil olunacaq. Sərgi 20 sentyabr tarixinədək davam edəcək.