Azərbaycan meyvə ixracını bir ilə 48 faiz artırıb


Digərləri 14 Sen 2018 19:59:10 209 0

Azərbaycan meyvə ixracını bir ilə 48 faiz artırıb

Azərbaycan meyvə ixracını bir ilə 48 faiz artırıb.

Bakı. Elçin Mehdiyev - Azərbaycan meyvə ixracını bir ilə 48 faiz artırıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin yanvar-iyul aylarında 2017-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 48,0 faiz, kartof – 15,5 faiz, bitki yağları – 23,6 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 2,0 dəfə, meyvə və tərəvəz konservləri – 23,5 faiz, polietilen – 10,9 faiz, emal olunmamış alüminium – 18,5 faiz, pambıq lifi – 66,9 faiz, qara metallardan borular – 10,2 faiz, pambıq ipliyi – 23,1 faiz artıb, təzə tərəvəz ixracı isə 1,5 faiz, şəkər – 44,7 faiz, meyvə və tərəvəz şirələri – 15,2 faiz, tütün – 20,1 faiz, çay – 17,6 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 7,8 faiz, qara metallardan yarımfabrikatlar – 70,9 faiz, bentonit gili – 3,2 faiz azalıb.