AQTA qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı sahibkarlara müraciət edib


Digərləri 14 Sen 2018 19:06:00 430 0

AQTA qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı sahibkarlara müraciət edib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı sahibkarlara müraciət edib.

Bakı. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı sahibkarlara müraciət edib. Agentlikdən Trend-ə verilən məlumata görə, müracitədə deyilir: "Dəyərli iş adamları! Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 1 iyul 2018-ci il tarixindən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılmışdır. Ancaq, təəssüf ki, qeydiyyatın başlamasından xeyli vaxt keçməsinə və prosedurun kifayət qədər asan olmasına baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən bir çox sahibkarlıq subyektləri müəyyən olunmuş vaxt çərçivəsində qeydiyyatdan keçmək üçün müraciət etməmişlər".