Dədə Ədalətin məzar daşına yazılanlar: “Vəsiyyət etmişdi ki...”


Şou-biznes 14 Sen 2018 18:44:00 338 0

Dədə Ədalətin məzar daşına yazılanlar: “Vəsiyyət etmişdi ki...”

Bu gün Türk dünyasının ustad sənətkarı Aşıq Ədalətin xatirə günüdür. Sabah ustadın qəbirüstə abidəsinin açılış mərasimi olacaq.

Son.az yenicag.az-a açıqlama verən aşığın oğlu Hekayət Nəsibov atasını xatırlayaraq kövrəlib:

"Atam həmişə deyirdi ki, məzarım sadə olsun, üstünə bir kəlmə adımı yazın. Aşıq Ədalət böyük ustaddır, təkcə mənim deyil, bir elin-obanın dədəsidir, sənətkarıdır. Biz onun vəsiyyətinə əməl etdik. Eyni zamanda, bu misraları da həkk etdirdik:

Ötəcək əsrlər, keçəcək illər, Bu sənət sönməyən şan-şöhrətimdir. Bir zaman deyəcək səndən nəsillər, Gördüyün qara saz Ədalətindir!


Xəbərə aid fotolar