"İdeyadan Biznesə" startap turlarının növbəti mərhələsinə start verilir


Digərləri 14 Sen 2018 18:11:00 266 0

"İdeyadan Biznesə" startap turlarının növbəti mərhələsinə start verilir

“İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakı və regionlarda startap turlarının növbəti mərhələsinə start verilib.

Bakı. Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Microsoft” şirkəti ilə birgə “İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakı və regionlarda startap turlarının növbəti mərhələsinə start verib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı “İdeyadan Biznesə” layihəsinə dəstək verən təşkilatlar sırasına qoşulub. Layihənin tərəfdaşı isə “Azercell” şirkətidir. Startap turlarının budəfəki proqramı olduqca zəngindir. Belə ki, ali təhsil müəssisələrində infossesiyalarla yanaşı, ayrıca startap turları da təşkil olunacaq. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Azərbaycan Diplomatik Akademiyasında startap turları keçiriləcək.