Autizmlilərə dəstək olaraq velosiped yarışı keçirilib


Digərləri 14 Sen 2018 18:02:00 251 0

Autizmlilərə dəstək olaraq velosiped yarışı keçirilib

Autizmlilərin İdman Klubları (AİK) autizmli uşaq, yeniyetmə və gənclər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib.

AİK-in mətbuat xidmətindən verilən məlumata görə, Dənizkənarı Milli Parkda baş tutan velosiped yarışı Azərbaycan Respublikası Velosiped İdmanı Federasiyasının (AzVİF), Respublika Olimpiya Velosiped Məktəbi, BrendSport.az saytının təşkilatçılığı və AİK İctimai Birliyinin birgə təşəbbüsü ilə həyata keçirilib.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov və Respublika Olimpiya Velosiped məktəbinin direktoru Faiq Qurbanov, "ASAN Könüllüləri" təşkilatı, valideynlər və digər qonaqlar iştirak ediblər. 

Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra tədbirə dəvət olunan musiqiçilərin ifaları dinlənilib.