Efirdə mübahisə: “Şəhidin bacısı sizin kimi geyinib burada oturar?” VİDEO


Şou-biznes 14 Sen 2018 16:44:00 310 0

Efirdə mübahisə: “Şəhidin bacısı sizin kimi geyinib burada oturar?”  VİDEO

"Space" TV-də yayımlanan "El bizim, sirr bizim" verilişində ölkədə fəaliyyət göstərən xəbər saytları müzakirə mövzusu olub.

Son.az minval.info-ya istinadən xəbər verir ki, proqrama dəvət alan müğənni Cavanşir Məmmədov media qurumlarından narazılığını dilə gətirib. O, yalan məlumatların mətbuatda dərc olunmasından bəhs edib, həmçinin saytların istinad mövzusundan söhbət açıb və bunun əleyhinə olduğunu qeyd edib.

Müğənni illər öncə getdiyi yas mərasiminlərdən birində molla ilə arasındakı dialoqdan danışıb: "Yas mərasimində idik. Molla çox savadlı olmağı ilə yanaşı məclisi yaxşı idarə edirdi. Ölüm haqdır, geci-tezi var, Allah qismət eləsin, biz də elə şərəfli ölək. Göydə təyyarədə partlamayaq, dənizdə batmayaq ki, tapıb dəfn edə bilsinlər. Yaxınlaşıb mollaya dedim ki, "efirdə öldüyümü eşitsən, gözləmə səni yasıma dəvət etsinlər, birinci özünü çatdır"".

Bu zaman verilişin qonaqlarından biri jurnalist Nuranə Abdullayeva sənətçinin "təyyarədə və dənizdə deyil, şərəfli ölək" sözlərinə etirazını bildirib. O, Cavanşir Məmmədova şəhidlərin də təyyarədə öldüyünü bildirərək müğənniyə iradını ifadə edib. Ardınca hər iki tərəf arasında gərginlik yaşanıb.