Bakıda atasını öldürüb yandıran şəxsə 19 il cəza verildi


Digərləri 14 Sen 2018 16:23:44 229 0

Bakıda atasını öldürüb yandıran şəxsə 19 il cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Elməddin Əliyev, dostları Vəlican Dadaşov və Nəcməddin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən Elməddin Əliyev, dostları Vəlican Dadaşov və Nəcməddin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb və prokuror təqsirləndirilən şəxslərə iş istəyib. Dövlət ittihamçısı V.Dadaşovun 20 il, E.Əliyevin 19 il, N.İsmayılovun isə 18 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin hökmü ilə V.Dadaşov 19 il, E.Əliyev 18 il, N.İsmayılov isə 17 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, ötən il fevralın 1-nə keçən gecə Xəzər rayonu Zirə qəsəbəsinin bağlar sahəsində Pirallahı qəsəbə sakini Azər Əliyevə məxsus bağ evində yanğın baş verib, nəticədə yanar konstruksiyalar yanıb. Rayon polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan yanmış meyit tapılıb. Mərhumun ev sahibinin qardaşı İbrahim Əliyev olması və onun kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən edilib.