Azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə ölüb


Digərləri 14 Sen 2018 16:14:00 293 0

Azərbaycanlı gənc Türkiyədə faciəvi şəkildə ölüb

Türkiyədə 24 yaşlı azərbaycanlı Rauf Seyidov faciəvi şəkildə ölüb. 

Son.az oxu.az-a istinadən bildirir ki, hadisə Bursanın Nilufər rayonunun Tahtalı məhəlləsində baş verib. 

Seyidovun idarə etdiyi traktor kanala aşıb. Hadisənin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilib. 

R.Seyidov qəza yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.