Masaj edərkən uşağı öldürdü


Dünya 14 Sen 2018 16:01:00 295 0

Masaj edərkən uşağı öldürdü

Rusiyanın Nijni Novqorod şəhərində masajçı qadın südəmər körpənir masaj edərkən onun boynunu sındırıb.

Son.az Ren TV-yə istinadən bildirir ki, körpə aldığı travmadan ölüb.

"Masaj prosedurundan sonra uşağın vəziyyəti kəskin pisləşdi. O, kliniki ölüm vəziyyətində Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həkimlərin bütün səylərinə rəğmən, uşağı xilas etmək mümkün olmayıb", - Rusiya İstintaq Komitəsinin vilayət idarəsi sədrinin müavini Yuliya Skalyarova deyib.

Onun sözlərinə görə, masaj zamanı qadın uşağın başını qaldıraraq, kəskin şəkildə əvvəlcə sola, sonra sağa çevirib.