Müğənnilərdən MTRŞə müraciət:


Şou-biznes 14 Sen 2018 15:35:00 251 0

Müğənnilərdən MTRŞə müraciət:

Ötən gün müğənni Nura Surinin verilişlər və aparıcılarla bağlı yazdığı "Facebook" statusu rezonans doğurub.

Son.az oxu.az-a istinadən  xəbər verir ki, ifaçı ikinci dəfə bununla bağlı paylaşım edib.

"Bu reytinqi nəyə əsasən təyin edirlər? Kim edir? Necə olur ki, dünən yazdığım statusa bu qədər adam şərh yazır və hamı dəstəkləyir. Deməli, hamı efirlərdəki vəziyyətdən narazıdır. MTRŞ-ə bir çox müğənnilərin adından müraciət edərək xahiş edirik ki, bu barədə ölçü götürülsün və müvafiq qaydalar tətbiq olunsun. Milli-mənəvi dəyərlərimizə zidd, uşaqlarımızın mənəviyyatını korlayan bəzi proqramlara, eləcə də, verilişlərin məzmununa nəzarət olunsun", - deyə paylaşım edən Nuraya sənət dostları da dəstək çıxıb.

Onlar Milli Televiziya və Radio Şurasına müraicət edərək mənəviyyatı korlayan proqramların televiziyalardan yığışdırılmasını və onlara nəzarət olunmalarını istəyiblər.


Xəbərə aid fotolar