ABŞ-da Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb


Digərləri 14 Sen 2018 15:36:00 194 0

ABŞ-da Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb

SOCAR nümayəndə heyəti ABŞ-ın paytaxtı Vaşinqton şəhərində işgüzar səfərdə olub.

Bakı. Sentyabrın 11-dən 13-dək SOCAR nümayəndə heyəti ABŞ-ın paytaxtı Vaşinqton şəhərində işgüzar səfərdə olub. SOCAR-dan Trend-ə verilən məlumata görə, səfər zamanı nümayəndə heyətinin rəhbəri, sərmayələr və marketinq üzrə vitse-prezidentin müavini V.Bəylərbəyov ABŞ-ın müvafiq dövlət rəsmiləri və aparıcı transmilli şirkətlərinin təmsilçiləri ilə ikitərəfli görüşlər keçirib, Atlantik Şurasında “Cənub Qaz Dəhlizi və Avropanın təbii qaz təchizatı” mövzusunda keçirilmiş müzakirələrdə çıxış edib.