Leypsiq Universitetinin rəhbərliyi Qarabağa qanunsuz səfər edib


Digərləri 14 Sen 2018 13:30:00 184 0

Leypsiq Universitetinin rəhbərliyi Qarabağa qanunsuz səfər edib

Almaniyanın Leypsiq Universitetinin nümayəndə heyəti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ torpaqlarına səfər edib.

Son.az modern.az-a istinadla xəbər verir ki, səfərdə Leypsiq Universiteti Şərqi Avropa Tarixi və Mədəniyyəti İnstitutunun direktor müavini Ştefan Troybst, Leypsiq Universiteti Regional və Qlobal Araşdırmalar Məktəbinin koordinatoru Martin Kaylbax və 10-dan artıq aspirant qatılıb.