Bakı Ali Neft Məktəbində yeni dərs ilinin başlanması münasibəti ilə tədbir keçirilib (FOTO)


Digərləri 14 Sen 2018 13:28:00 254 0

Bakı Ali Neft Məktəbində yeni dərs ilinin başlanması münasibəti ilə tədbir keçirilib (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) yeni - 2018/2019-cu tədris ilinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) yeni - 2018/2019-cu tədris ilinin başlanmasına həsr olunmuş təntənəli mərasim keçirilib. BANM-dan Trend-ə verilən məlumata görə, tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT-nin Baş katibinin müavini və Beynəlxalq Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun (UNİTAR) icraçı direktoru Nikhil Set, SOCAR-ın vitse-prezidentləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və transmilli şirkətlərin rəhbərləri, BANM-ın professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib. Öncə qonaqlar Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyaraq müasir Azərbaycan dövlətinin qurucusuna öz dərin ehtiramlarını bildiriblər. Dövlət himni səsləndikdən sonra qonaqları salamlayan BANM-ın rektoru Elmar Qasımov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018/2019-ci tədris ilində I qrup üzrə Prezident təqaüdünə layiq görülən 26 nəfər məhz BANM-ın tələbəsidir və bu göstərici ilə Məktəb Prezident təqaüdçülərinin sayına görə ölkədə liderdir. Rektor vurğulayıb ki, 2018-ci ildə I qrup üzrə qəbul imtahanlarında 700 bal toplamış 13 nəfərin hər biri BANM-ı seçib. Bildirilib ki, keçən il olduğu kimi, bu il də ölkə üzrə ən yüksək keçid balı Ali Məktəbin yeni “İnformasiya təhlükəsizliyi” ixtisasına aiddir. E.Qasımov bu il BANM-ı bitirən 92 məzunun artıq Petkim, SOCAR Karbamid, Kompleks Qazma İşləri Tresti, SOCAR KBR, Azərikimya İB, BP, Halliburton, Schlumberger, Maire Tecnimont və s. yerli və transmilli şirkətlərdə çalışdıqlarını söyləyib.