Bakı metrosunda qatar 20 dəqiqə tuneldə qaldı


Digərləri 14 Sen 2018 12:05:55 262 0

Bakı metrosunda qatar 20 dəqiqə tuneldə qaldı

Bir qədər əvvəl "Bakı Metropoliteni" QSC-nin "Xətai" və "Cəfər Cabbarlı" stansiyaları arasında hərəkət edən qatar tuneldə qalıb.

Son.az bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "report"a faktı təsdiq edib.

Onun sözlərinə görə, ləngmə təxminən 20 dəqiqə davam edib: "Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib.