ETSN: Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır


Digərləri 14 Sen 2018 11:49:57 217 0

ETSN: Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır

Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır.

Bakı. Samir Əli - Xəzər dənizinin əsas çirklənmə mənbələri antropogen fəaliyyətlə bağlıdır. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologia və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov deyib. Onun sözlərinə görə, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə fəaliyyət göstərən istirahət mərkəzləri və ictimai-iaşə obyektləri tərəfindən, üzən vasitələrdən dənizin çirkləndirilməsini, vətəndaşlar tərəfindən ətraf ərazilərin zibillənməsini xüsusi qeyd etmək olar: "Belə hallar Xəzərin ekoloji vəziyyətinin pisləşməsinə, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır, eyni zamanda ekoturizmin inkişafına mənfi təsir göstərir".