ABŞ müsəlman uyğurları qoruyacaq


Dünya 14 Sen 2018 11:39:00 234 0

ABŞ müsəlman uyğurları qoruyacaq

ABŞ müsəlman uyğurların yaşadığı Sintsizyan-Uyğur avtonom respublikasındakı vəziyyət səbəbindən Çinə qarşı sanksiyalar tətbiq edilməsi məsələsinə baxır.

Son.az oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı dövlət katibi Mayk Pompeonun köməkçisi məlumat verib.

Onun sözlərinə görə, Vaşinqton bu bölgədəki vəziyyəti izləyir və tədbirlər görməyə hazırdır.