Dövlət sosial xidmətləri üzrə "e-sosial" internet portalı iki ay ərzində hazır olacaq


Digərləri 14 Sen 2018 11:20:10 311 0

Dövlət sosial xidmətləri üzrə "e-sosial" internet portalı iki ay ərzində hazır olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "e-sosial" internet portalının yaradılması iki ay ərzində reallaşacaq.

Bakı. Prezidenti İlham Əliyevin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "e-sosial" internet portalının yaradılması iki ay ərzində reallaşacaq. Nazirlikdən Trend-ə verilən məlumata görə, portalın yaradılması işlərinin cari ilin noyabr ayında tam yekunlaşdırılması təmin ediləcək. Bu istiqamətdə nazirlikdə müvafiq işlər davam etdirilir.