"Volkswagen" 2019cu ilin ortasında bu modeli buraxmayacaq


Digərləri 14 Sen 2018 08:38:00 219 0

"Volkswagen" 2019cu ilin ortasında bu modeli buraxmayacaq

Alman avtomobil konserni "Volkswagen"in ABŞ bölməsi məşhur "Beetle" modelinin buraxılışını dayandıracaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilir.

Qeyd olunur ki, avtomobilin buraxılışına 2019-cu ilin ortasında son qoyulacaq: "Beetle"in 3 nəsil və təxminən 70 ildən sonra yox olması onun sadiq pərəstişkarlarında çoxlu emosiyalar doğuracaq", - deyə konsernin ABŞ bölməsinin baş direktoru Hinrik Vobken bildirib.

Onun sözlərinə görə, "Beetle"in gələcək buraxılışı "Volkswagen"in planlarına uyğun gəlmir, çünki avtomobil konserni Amerika bazarında əsasən ailə avtomobillərinin buraxılışında diqqətini cəmləşdirmək niyyətindədir.