"Inbox" poçt xidmətinin fəaliyyəti dayandırılır


Digərləri 14 Sen 2018 07:41:00 292 0

"Inbox" poçt xidmətinin fəaliyyəti dayandırılır

ABŞ-ın "Google" şirkəti "Inbox" poçt xidmətinin fəaliyyətini dayandırmaq və diqqəti yalnız "Gmail" üzərində cəmləməyə dair qərar qəbul edib. Bu haqda informasiya şirkətin rəsmi bloqunda dərc edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 2014-cü ildən "Gmail" poçt xidmətinin əsasında işləyən həmin xidmət istifadəçilərə məktublarla işləmək üçün unikal yanaşma təklif edirdi. İndi həmin funksiyaların bir hissəsi "Gmail"də tətbiq ediləcək. "Inbox" xidməti artıq 2019-cu ilin martından istifadəçilər üçün əlçatan olmayacaq.

Məlumata görə, proqram bütün mağazalardan tamamilə silinəcək, onu istənilən elektron qurğuda istifadə etmək qeyri-mümkün olacaq. Həmçinin proqramın API-si əlçatmaz olacaq.