Yaponiyada siqaret çəkənlərin sayı ən aşağı həddə enib


Dünya 14 Sen 2018 07:14:00 294 0

Yaponiyada siqaret çəkənlərin sayı ən aşağı həddə enib

Yaponiya Səhiyyə Nazirliyinin keçirdiyi sorğunun nəticələrinə görə, ölkədə siqaret çəkənlərin sayı ən aşağı həddə enib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, nazirlik 20 yaşdan yuxarı təqribən 6500 nəfər kişi və qadın arasında siqaret çəkmək vərdişi barədə sorğu aparıb.

Kişi respondentlərin 29,4 faizi bildirib ki, onlar müntəzəm şəkildə siqaretdən istifadə edirlər. 1986-cı ildən bəri bu sorğunun aparıldığı müddətdə ilk dəfə onların sayı 30 faizdən aşağı düşüb.