Macarlar 40 yaşında pensiyaya çıxmaq barədə fikirləşməyə başlayırlar


Dünya 14 Sen 2018 07:00:00 268 0

Macarlar 40 yaşında pensiyaya çıxmaq barədə fikirləşməyə başlayırlar

Macarıstanın "OTP Nyugdíjpénztár" pensiya fondunun apardığı tədqiqat nəticəsində məlum olub ki, gənc macarlar pensiyaya çıxmaq üçün pul toplamağın zəruri olmasını başa düşürlər, lakin ən azı 40 yaşa çatana qədər müvafiq hərəkətlər etmirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatda 1000 respondent iştirak edib. Məlum olub ki, gənc macarların təqribən yarısının (47 faizinin) fikrincə, onlar hələ 25 yaşa çatana qədər pul yığmağa başlamalıdırlar. Bununla bərabər, "Világgazdaság" qəzetinin yazdığına görə, "OTP Nyugdíjpénztár" fonduna qoşulanların əksəriyyətinin yaşı 40-a yaxındır.

Respondentlərin 70 faizi bildirib ki, onlar pensiyaya çıxandan sonra maliyyə vəziyyətlərinin sabit olması üçün ideal halda 18 yaşdan 35 yaşa qədər qənaət etməyə başlamalıdırlar. Doğrudur, bu respondentlər müvafiq qaydada hərəkət etmirlər, buna baxmayaraq, tədqiqat göstərir ki, mentalitetdə müsbət irəliləyiş başlanıb.