Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri aparılır


Digərləri 14 Sen 2018 01:40:00 187 0

Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri aparılır

Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizənin üçüncü mərhələsi başlayıb.

Bakı. Sentyabrın 11-dən etibarən Lənkəran rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) üçüncü nəslinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən Trend-ə verilən məlumata görə, xidmətin Lənkəran Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonu ərazisində 280 hektar sahədə müşahidə aparılıb və 40 hektar sahədə sirayətlənmə aşkar edilib.