21 xaini tələyə salan qadının


Digərləri 13 Sen 2018 22:16:00 337 0

21 xaini tələyə salan qadının

1986-ci il oktyabrın 5-də "The Sunday Times" qəzetində çıxan İsraillə bağlı xəbər dünyanıə çalxaladı. 1986-cı ilə qədər Yaxın Şərqdə sakit ölkə imici qazanan İsrail bir anda nüvə silahına sahib gücə çevrilmişdi. Qəzet məqaləsində İsrailin nüvə silahına malik olduğunu elan etdi və bunun sübutu kimi fotolar yayımladı. İsrailin nüvə silahına malik olması haqda informasiya yayıldıqdan sonra "Mossad" hərəkətə keçərək bu informasiyanın kim tərəfindən sızdırılmasını araşdırmağa başladı.

Araşdırma zamanı aydın oldu ki, bu informasiyanı mətbuata çıxaran şəxs yəhudi gəncdir. Beləcə yəhudi gənc Mordexay Vanunu dünya üçün qəhrəman, İsrail üçün vətən xaini oldu.

Son.az teleqraf.com-a istinadən həmin illərdə dünyada səs-küyə səbəb olan bu olayın detallatını oxuculara təqdim edir: İsrail ordusunda 3 il hərbi xidmət keçdikdən sonra Ben Gurion Universitetində fəlsəfə fakultəsində təhsil alan Vanunu 1976-cı ildə İsrailin Nəcəf çölündə Dimona Nüvə Araşdırmaları Mərkəzinə işə düzəlmək üçün müraciət etdi.

Qısa müddət ərzində Vanunu haqqında araşdırma aparıldı, onunla bağlı informasiyalar təmiz çıxdı. Vanuni Nüvə Araşdırmaları Mərkəzinə texniki işçi kimi işə qəbul edildi. Bir müddət burada işlədikdən sonra Nüvə Araşdırmalar Mərkəzində nüvə bombasının olduğunu, fəaliyyətin də buna uyğun qurulduğunu öyrəndi. Bundan sonra Vanunu daxilən narahatçılıq hiss etməyə başladı. Burada gördükləri onu sıxmağa başladığında 60-a qədər foto çəkdi. 1985-ci ildə Vanunu işdən çıxarıldı. O, buna görə çox sevindi. Dünyanın bir çox ölkəsinə tətilə gedən Vanunu əlində olan fotoları və informasiyanı qiymətləndirmək haqqında düşünərkən, təsadüfən "The Sunday Times" qəzetinin müxbiri Peter Hounamla tanış oldu. Vanunu jurnalistə əlində olan foto və informasiyalardan bəhs etdi. "The Sunday Times" bu haqda foto və xəbəri çap etdikdə dünyanın İsrailə reaksiyası sərt oldu.

"Mossad"ın bal əməliyyatı: xain cəzasını almalıdır

İsrail kəşfiyyatı dərhal işə başladı. "Mossad" agentləri xaini həbs etmək üçün işə keçdi. Lakin İsrail hökumətinin bu illərdə İngiltərə Baş naziri Tetçer iqtidarı ilə münasibətləri çox yaxşı idi. "Mossad"ın İngiltərə ərazisində həyata keçirəcəyi məxfi əməliyyat sonradan hökumətlər arasında münasibətləri pisləşdirə bilərdi. Odur ki, "Mossad" filmlərə ssenari olacaq bir əməliyyat qərarı verdi. Vanunu nəyin bahasına olursa-olsun, İngiltərədən çıxarılmalı, başqa bir dövlətə getməli idi.


Xəbərə aid fotolar