Şəhid ailələrinə VACİB XƏBƏR:


Digərləri 13 Sen 2018 21:21:00 209 0

Şəhid ailələrinə VACİB XƏBƏR:

Gələn aydan şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna başlanacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri bu ayın sonunda yekunlaşacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq.

Şəhid ailələrinin yaxınları sayta daxil olaraq, orda şəhidin ad, soyad və ata adını yazmaqla birdəfəlik ödəmənin düşüb düşmədiyini öyrənə biləcəklər. Bundan sonra tələb olunan sənədləri hazırlayacaqlar.

Məlumatlar əsasında formalaşan növbəlilik qaydasında ödəmələrin verilməsi təmin olunacaq. Ödəmələr nağdsız şəkildə birdəfəlik veriləcək.


Xəbərə aid video