Aşağı mərtəbələr üçün lift niyə işləmir?


Digərləri 13 Sen 2018 21:23:00 246 0

Aşağı mərtəbələr üçün lift niyə işləmir?

Paytaxtdakı əksər doqquzmərtəbəli binalarda aşağı mərtəbələrə lift xidməti göstərilmir. Əməkdaşlarımız bu məsələ ilə maraqlanıblar. Aidiyyatı qurumların da məsələyə münasibəti var.

Paytaxtdakı əksər doqquzmərtəbəli yaşayış binalarının liftlərində eyni vəziyyət hökm sürür: aşağı mərtəbələr üçün liftlər işləmir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, binada yaşayan sakinlər də uzun illərdir aşağı mərtəbələr üçün liftin işləmədiyini deyirlər.

Xətai rayonunda 97 saylı Mənzil İstismar sahəsinin rəisi Elşən Əliyevin sözlərinə görə, aşağı mərtəbələr üçün lift xidmətinin nəzərdə tutulmaması hələ Sovet dönəmindən qalan ənənədir. O, məhz elə bu qaydalara görə beşmərtəbəli binalarda liftin quraşdırılmadığını dedi.


Xəbərə aid video