Vitamin A və C azlığı astmaya səbəb ola bilər


Digərləri 13 Sen 2018 21:25:00 217 0

Vitamin A və C azlığı astmaya səbəb ola bilər

Son 30 ildə 40 tədqiqat aparmış alim qrupu bildirib ki, A və C vitaminin qıtlığı astma xəstəliyi təhlükəsini artıra bilər.

Notingem universitetinin alimləri deyirlər ki, vitamin C-ni az qəbul edənlərdə astma riski 12 faiz artır. Bu haqda Thorax jurnalında məqalə dərc edilib.

Vitamin A-da riskin dərəcəsini aydın müəyyən etmək mümkün olmayıb. Lakin qrup deyir ki, burada da əhəmiyyətli əlaqə gözə çarpır.