Xəzər dənizinin suyu azalır


Digərləri 13 Sen 2018 21:19:00 325 0

Xəzər dənizinin suyu azalır

Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşür. Dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, son üç-dörd ildə Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşür. Artıq bəzi sahillərdə dəniz suyu 200-300 metrədək geri çəkilib. Nəticədə geniş ərazi kontinental rejimə keçib.AMEA-nın Coğrafiya institutunun şöbə müdiri Mirnuhİsmayilov mövcud vəziyəti iqlim dəyişmələri ilə əlaqələndirir.

Dənizin geri çəkilməsi qurunun içərilərinə doğru iqlimin yumşaldıcı təsirini zəiflədib. Mirno İsmayilov deyir ki, artıq problem bəzi ətraf sahələrdə özünü göstərməyə başlayıb.


Xəbərə aid video