Qan azlığından şikayətlisiniz? Özünüzü yorğun hiss edirsiniz?


Digərləri 13 Sen 2018 21:06:00 267 0

Qan azlığından şikayətlisiniz? Özünüzü yorğun hiss edirsiniz?

Siz tez-tez özünüzü yorğun hiss edirsiniz, nəfəs darlığından əziyyət çəkirsiniz və ürəyiniz sanki sinədən atılmaq istəyir? Dostlarınız sizə rənginizin qaçdığını deyir?

Əgər bu belədirsə, deməli, sizdə dəmir çatışmazlığı var.

Britaniyada bu sindrom gənc qadınlar arasında xüsusilə yayılıb.

2011-ci ildə ölkədə 19 yaşdan 34 yaşadək qadınların 21 faizi dəmir çatışmazlığı anemiyasından əziyyət çəkib.

Hansı məhsullardadəmir var?

İnsan bədəni özü dəmir istehsal etmir, onu ərzaqdan alır.

Mədəyə qida ilə daxil olan dəmirin hamısı isə eyni dərəcədə yaxşı həzm olunmur.

Yeməkdən dəmir əldə etmək üçün:

Yaşıl yarpaqlı tərəvəzlər (kələm, gül kələm, quzu qulağı, kahı) yeyin Dəmir ilə zəngin ispanağı bir az bişirib yemək yaxşıdır C vitamini ilə zəngin məhsulları və içkiləri yeyin və için Fermentləşdirilmiş (turş) çörəyə üstünlük vermək daha xeyirlidir

BBC-nin "Mənə inanın, mən həkiməm" adlı televiziya proqramı Londonun King's College institutundan professor Paul Sharp-dan dəmir çatışmazlığına yol verməmək üçün nə yemək lazım olduğunu soruşub.

Qırmızı ət bədəndə asanlıqla həzm edilə bilən dəmirlə zəngindir. Ət yemirsinizsə, dəmirlə zəngin yaşıl yarpaqlı tərəvəzlər, məsələn, ispanaq və kələm, eləcə də noxud və mərcimək yemək məsləhətdir.