İrandan gətirilən 25 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlanıb


Digərləri 13 Sen 2018 20:14:00 212 0

İrandan gətirilən 25 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlanıb

24700 kq kartof məhsulunun İrana qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Bakı. Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyin müfəttişləri tərəfindən İrandan fitosanitar sertifikatla ixrac olunan və “Güllü-80” MMC–nin ünvanına göndərilmiş hər biri 24700 kq tutuma malik iki yük avtomobilində olan kartof məshulundan götürülən nümunələrdə gövdə nematodu və kartof güvəsi zərərli orqanizmləri aşkar edilib. Agentlikdən Trend-ə verilən məlumata görə, aşkar olunan birinci fakt üzrə zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan və zərərvericidən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun İrana qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.